Umarali Raxmonaliyev "Sabah"da!

SABAH
28 Yanvar 2025
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Özbəkistanlı futbolçu Umarali Raxmonaliyevin keçidi ilə bağlı Rusiyanın “Rubin” (Kazan) klubu ilə razılıq əldə edilib. Müqaviləyə əsasən, Raxmonaliyev icarə əsasında komandamızın uğurları üçün çalışacaq. İcarə müqaviləsinin müddəti 1 ildir. 

Umarali karyerası ərzində “Rubin”dən başqa Özbəkistanın “Bunyodkor” komandasında da çıxış edib. 21 yaşlı yarımmüdafiəçi Özbəkistanın U-23 millisinin üzvüdür. O, yığmada 16 oyun keçirib, 3 qol vurub.
TÖVSİYƏ OLUNANLAR

Umarali Raxmonaliyev "Sabah"da!

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Özbəkistanlı futbolçu Umarali Raxmonaliyevin keçidi

Qazaxıstan millisinin qapıçısı "Sabah"da!

“Sabah” FK heyətini yeni futbolçu ilə gücləndirib. Qazaxıstan millisinin qapıçısı Stas Pokatilov bun